- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Milli olimpiya komitəsi və Azərbaycan kanoe və avarçəkmə federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevir “Kür” olimpiya tədris-idman mərkəzində kayak və kanoe idman növləri üzrə çalışan məşqçi-müəllimlər üçün seminar təşkil olunub.
Allsport.az xəbər verir ki, seminar beynəlxalq kanoe federasiyasının eksperti Aleksandar Petroviçin iştirakı ilə müasir tələblərə cavab verən məşq prosesinin təşkili, yeni beynəlxalq yarış qaydalarının öyrənilməsi, təlim-tədris işinin düzgün təşkili və məşq proqramlarının tərtibində yeni yanaşma mövzuları üzrə keçirilir.
Sonda imtahandan uğurla keçən məşqçilərə sertifikat təqdim ediləcək. Seminar noyabrın 17-də başa çatacaq.