- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bolqarıstanın Plovdiv şəhərində 18 və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanı adı 2-ci çəkilən yaş qrupunda 3 idmançı təmsil edib. Kanoeçi Aleksey Kupin 500 metr məsafəyə seçmə yürüşdə finişə 1 dəqiqə 57,984 saniyəyə çataraq 7-ci olub.
Yarımfinalda məsafəni daha tez (1:52.112) qət edən Aleksey 5-ci yeri tutub. Ancaq ilk “3-lüy”ə düşmədiyindən finala vəsiqə qazana bilməyib. O, 1000 metr məsafəyə yürüşdə 4 dəqiqə 26,380 saniyəlik nəticə göstərərək yarımfinala adlayıb. Növbəti çıxışında 1 km-i 3 dəqiqə 59,792 saniyəyə başa vuran Kupin 7-ci olub və finala yüksələ bilməyib.
Digər kanoeçimiz Nikita Sablin seçmə mərhələdə 200 metr məsafəni 42,218 saniyəyə qət edərək ilk “5-liy”i qapayıb. Yarımfinalda daha erkən (40,228) finişə çatsa da, yenə 5-ci olub və finalda iştirak hüququnu itirib.
Kayakçı Tamerlan Mustafayev 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 45,580 saniyəlik göstəriciylə ilk “5-liy”i qapayıb. Yarımfinalda bu məsafəni 1 dəqiqə 42,024 saniyəyə başa vuran həmyerlimiz 6-cı yeri tutub və “B” finalına yüksəlib. Sonuncu çıxışında 1 dəqiqə 45,980 saniyəlik nəticə onu ümumi sıralamada 15-ci edib.
Mustafayev 200 metr məsafəyə seçmə yürüşdə 38,123 saniyəlik nəticəylə 7-ci yeri tutaraq yarımfinala vəsiqə qazanıb. Tamerlan növbəti yürüşdə həmin məsafəni 37,060 saniyəyə qət edərək 8-ci olub və mübarizəni dayandırıb.