Keçmiş baş katib təlaş içərisində

Əjdər Cəfərov güləşçilərin etiraz tədbirinin onun üstünə atılmasından ehtiyatlanır

Srağagün sərbəst və yunan-Roma güləşi üzrə yığmanın üzvləri vəd etdikləri kimi, Olimpiya Güləş Mərkəzinin həyətində toplaşaraq etiraz tədbiri keçiriblər. Cahanmüşkül bahadırlarımız KİV önünə çıxaraq, uzun müddətdir maaş almamalarından və şəraitsizlikdən gileyləniblər. Komanda üzvlərinin bu yığıncağı idman ictimaiyətində gərginlik yaradıb. Üstəlik, kənarda duran, gözləmə mövqeyində olan və AGF-ə gizli müxalif dayanan müəyyən qrupların fəallaşmasına səbəb olub, söz-söhbətlərə yol açıb. İndi hamını bir sual düşündürür: Bu olayın arxasında kimlər dayanıb?! Federasiya prosesə səbrlə yanaşır, araşdırma aparır. Yaxın günlərdə duruma rəsmi aydınlıq gələcək.

Hazırda bütün diqqət güləş camiyəsinə yönəlib. Sosial şəbəkələrdə dedi-qodular səngimək bilmir. Məsələyə digər federasiyalardan da müdaxilə var. Onların böyük qismi güləşçilərin tərəfindədir. Mütəxəssislərin rəyinə görə, komanda üzvləri bu mübarizədə birliyi qorumasalar, əziləcəklər. Durumun düzəlməsinə yol göstərən idman adamları isə, keçmiş baş katib Əjdər Cəfərovu xilaskar kimi görürlər. O qalardısa, bu durumun baş verməyəcəyini söyləyənlər var. Keçmiş baş katibi təqdir edənlər, onun sərt və tələbkar olduğunu əsas gətirirlər. Amma məsələyəi dərindən yanaşanlar bilirlər ki, maliyyə sıxıntısı onun vəzifədə olduğunu son aylarından başlayıb.

Allsport.az-a sızan məlumata görə, Əjdər Cəfərov indi bərk narahatdır. Çox güman, güləşçilərin etiraz tədbiri ürəyincə deyil. Çünki ona qarşı qüvvələr bundan yararlanıb, bu məsələnin arxasında onun dayandığını söyləyə bilərlər. Deyəsən, artıq özü də vəziyyətlə barışıb. Gəzən söz-söhbətə görə, valideyni də onun qayıtmaq sevdasından əl çəkməyə çağırıb və bildirib ki, bu dəfə AGF-ə qayıtsa, sonluq həbslə yekunlaşacaq. Gərginlikdən maraqlı olanlar, üzdə olan zəhmətkeş insanları günahsız yerə işdən istefa verməyə çağırırlar. Onların sırasında federasiyada böyük əməyi olan məşqçi də var. Hazırda araşdırmamız gedir. Yaxın günlərdə bu barədə də yazılarımız olacaq.

Həmin kateqoriyadan