- Baxış sayı: 24
- 21 Yanvar 2026 13:56
- Baxış sayı: 77
- Yanvar 21, 2026
- 0

“Barselona”nın sabiq müdafiəçisi Dani Alves keçmiş həyat yoldaşı Dinora Santana ilə məhkəmə çəkişməsinə başlayıb.
Allsport.az xəbər verir ki, braziliyalı futbolçu keçmiş xanımını onun hesablarından 3 milyon avrodan çox vəsait oğurlamaqda ittiham edir.
Santana 2013-cü ildən 2023-cü ilə qədər Alvesin aktivlərini idarə edib.
Məhkəmənin qərarına əsasən, Dinora Santana son 10 il üzrə maliyyə vəziyyəti barədə ətraflı hesabat təqdim etməlidir. Dinoranın vəkilləri isə bu ittihamları rədd edərək, Alvesin ondan iki övladı üçün tələb olunan aliment iddiasına görə qisas aldığını iddia edirlər.