- Baxış sayı: 39
- 11 Aprel 2025 23:43
- Baxış sayı: 37
- Aprel 11, 2025
- 0
Allsport.az xəbər verir ki, “Viktoria’s Sekret”in keçmiş supermodeli Haydi Klum uzun müddətdir, “Bavariya”nın fanatıdır. “Leypsiq”ə məğlubiyyətdən (1:3) sonra qız emosiyalarını saxlaya bilməyib.
Matçdan sonra sosial şəbəkələrin birində canlı yayıma çıxan Klum ona Həsən Salehəmidziçlə bağlı sual verildikdə bunları deyib: “Əslində Həsən getməlidir”.
Bu mövsümün çempionatının başa çatmasına az qalmış “Bavariya” rəhbərliyi bəyənilməyən addım atıb: baş məşqçi Yulian Naqelsmanın komandanı qələbəyə aparmayacağına inanaraq, onu istefaya göndərib. Yulianın yerinə təyin olunan Tomas Tuxellə komanda çempionlar liqası, Almaniya kubokundan kənarlaşdırılıb. Bundesliqada isə “Bavariya” Dortmund “Borussiya”sından geri qalır və 2-cidir.