Keyn tarixə düşdü

“Bavariya”nın hücumçusu Harri Keyn çempionlar liqasında 50 qol həddinə çatan ilk ingiltərəli futbolçu olaraq tarixə düşüb.

Allsport.az xəbər verir ki, təcrübəli forvard bu göstəriciyə 1/8 final mərhələsində “Atalanta”ya qarşı keçirilən cavab oyununda (4:1) dubl etməklə nail olub.

“Alyans Arena”da baş tutan görüşün ilk hissəsində penaltini dəqiq yerinə yetirən Keyn, fasilədən sonra özünün 50-ci yubiley qoluna imza atıb. 2023-cü ildə “Tottenhem”dən Münhen təmsilçisinə keçən hücumçu Almaniya klubunun heyətində çempionlar liqasında çıxdığı 34 matçda 28 qol vurmağı bacarıb.

Zədədən sonra ilk dəfə start heyətdə meydana çıxan 32 yaşlı Keyn məhsuldar seriyasını da davam etdirib. O, cari mövsümdə “Bavariya” köynəyi ilə ümumilikdə 39 oyunda 47 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan