Kiçik yaşlı yeniyetmə güləşçilərimiz “Day of children” beynəlxalq turnirində

19-20 noyabrda Tehranda kiçik yaşlı yeniyetmələr arasında “Day of Children” beynəlxalq turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımızın üzvləri iştirak edəcəklər.

“Klassiklər”də məşqçilər Fuad Əliyev və Rasim Ağayevin rəhbərliyi ilə Rəşad Məmmədov (32 kq), Ceyhun Zeynalov (35 kq), Nurlan Quluzadə (38 kq), Telman Əliyev (42 kq), Mirsirac Həsənli (47 kq), Toğrul Quluzadə (53 kq), Cavidan Cavadov (59 kq), Ruslan Hadisov (66 kq), Əlişan Salmanov (73 kq) və Bəhruz Həziyev (85 kq) mabarizə aparacaqlar.

Sərbəst güləşçilərin yarışında isə Süleyman Mirzəyev (32 kq), Cabbad Məmmədzadə (35 kq), İlkin Məmmədov, Rəşid Zeynalov (hər ikisi 38 kq), Tural Əsgərov (42 kq), Əşrəf Aşurov (47 kq), Turan Bayramov (53 kq), Vahid Əlizadə (59 kq), Abdulxaliq Quluzadə (66 kq), Emin Yusubov (73 kq) və Abdulmuslim Məmmədov (85 kq) millimizi təmsil edəcəklə. Komandaya məşqçi Namiq Quliyev rəhbərlik edir.

Yarışın hakimlər dəstəsində bizdən beynəlxalq dərəcəli referi Hüseynağa Əhmədov yer alacaq.

Həmin kateqoriyadan