- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
İran İslam Respublikasının paytaxtı Tehranda kiçik yaşlı yeniyetmələr arasında “Day of Children” beynəlxalq turniri keçirilib. Allsport.az xəbər verir ki, turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri mübarizə aparıb.
Yunan-Roma güləşçilərimiz ikinci, sərbəst güləşçilərimiz isə üçüncü pillədə qərarlaşıb.
Komanda yarışı olan turnirdə yunan-Roma güləşçilərimiz qrupda İran (6:4), Türkmənistan (10:0), Tacikistan (8:2) və Qırğızıstan (8:2) komandalarını məğlub edərək finala yüksəlib. Finalda İranın digər komandası ilə qarşılaşan yığmamız görüşü 5:5 hesablı bərabərliklə tamamlayıb. Texniki üstünlük rəqibdə olduğundan yığmamız turnirin gümüş medalına yiyələnib.
Sərbəst güləşçilərimiz isə İraq və Gürcüstan güləşçilərini 9:1 hesabı ilə məğlub edib, İran komandasına 4:6 uduzaraq qrupu ikinci sırada tamamlayıb. Bu nəticə ilə, yığmamız digər qrupun ikincisi olan daha bir İran komandası ilə bürünc medal uğrunda görüşə çıxıb. Hesab 5:5 bərabər olsa da, texniki üstün olan komandamız görüşü qalib başa vurub və turnirin bürünc medallarına yiyələnib.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov ölkəmizi təmsil edib.