- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bu gün AFFA-nın inzibati binasında premyer liqa və 1-ci divizionda çıxış edən klubların nümayəndələri üçün lisenziyalaşdırma qrupunun 2023/24-cü illər mövsümünün açılış iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, klub nümayəndələrinə şəxsən və ya onlayn qaydada da iştirak etmək seçimi verilib. Toplantıda aşağıda qeyd olunmuş mövzuları haqqında ətraflı məlumat verilib:
– Ötən mövsümün icmalı
– Lisenziyalaşdırma qrupunun yenilənmiş təşkilatı strukturu
– Prosesə aid sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklər
– Cari mövsümdən etibarən tətbiq olunacaq yeni meyar (futbolda sosial məsuliyyət) barədə məlumat
– Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbir, seminar və treninqləri haqda məlumat