Kolo Muani məşhur kluba təklif olundu

PSJ-nin hücumçusu Randal Kolo Muani “Arsenal”a təklif olunub.

Allsport.az xəbər verir ki, “topçular”ın rəhbərliyi hələlik 26 yaşlı futbolçunun transferi haqda qərar verməyib..

Kolo Muani 2023-cü ilin sentyabrında Frankfurt “Ayntraxt”ından PSJ-yə keçib. Onun Paris klubu ilə müqaviləsi 2028-ci ilin iyununa qədərdir. Muani bu mövsüm liqa 1-də 10 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan