- Baxış sayı: 117
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

Yeni mövsümdə “Kür” komandasının şərəfini qoruyacaq Minayə Məmmədova handball.az-a müsahibə verib.
Allsport.az müsahibəni təqdim edir:
– “Qarabağ”ı “Kür”ə dəyişməyinizdə əsas məqsəd nə oldu?
– Özümü yeni klubda sınamaq istədim və mənə “Kür” komandasından təklif gəldi. Fikirləşdim ki, bu klub daha perspektivlidir və ona görə də “Kür”ə keçdim.
– Ötən mövsüm “Kür” ölkə çempionatında mükafatçılar sırasına çıxsa da, qızıl medal qazana bilmədi. Necə düşünürsünüz, sizin komandaya gəlişiniz bu istiqamətdə hər hansı irəliləyişə nail ola bilərmi?
– Təkcə mənim gəlişim yox, ümumiyyətlə, komandada çoxlu dəyişikliyin olması bu mövsümdə bizim daha çox uğur qazanmağımıza imkan yaradacaq.
– “Kür”ün heyətində Avropa kubokunda çıxış edəcəksiniz. Mingəçevir klubunun qitə yarışında çıxışından nə gözləmək olar?
– Bildiyiniz kimi, biz məşqlərə avqust ayının əvvəlindən başlamışıq. Əvvəlcə fiziki hazırlıq üzərində çalışdıq, daha sonra isə zal məşqlərimiz oldu. Püşkdən sonra Portuqaliyanın “San-Pedru-du-Sul” komandası ilə qarşılaşacağımız məlum oldu. Biz dərhal rəqibi analiz etməyə başladıq. Hazırda da bu prosesi davam etdiririk. Taktikamızı qururuq və düşünürəm ki, məşqlərdə göstərdiyimiz əzm və birlik bu komandaya qarşı yaxşı çıxış etməyimizə kömək edəcək. İnşallah hər iki oyunda qələbə qazanıb növbəti mərhələyə vəsiqə əldə edəcəyik.