- Baxış sayı: 31
- 20 Dekabr 2024 23:54
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Azərbaycan premyer liqasının XVIII turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, gənc mütəxəssis oyunun gərgin keçdiyini vurğulayıb:
“Maraqlı və gərgin oyunun şahidi olduq. Komandamdan çox razıyam. Oyunun əvvəlində futbolçularda özünəinam az idi. Amma buna baxmayaraq yaxşı hücumlarımız oldu. Futbol oynaya bilirik, komanda hücuma çıxmağı bacarır. Sadəcə son nöqtəni qoya bilmədik. Meydança amili, ilin son matçının olması da təsir edə bilər. Bu istəklə oynamaq məni sevindirir. İnanıram ki, bu istəklə, bu oyunla yaxşı işlər görə bilərik. Futbolçularıma təşəkkür edirəm”.