- Baxış sayı: 37
- 19 Fevral 2026 20:58
- Baxış sayı: 408
- Fevral 16, 2026
- 0

Tanınmış braziliyalı futbolçu Filippe Koutinyo “Vasko da Qama” klubundan ayrıldığını açıqlayıb.
Allsport.az xəbər verir ki, ötən ilin yayından bəri doğma klubunda çıxış edən yarımmüdafiəçi bu qərarını mənəvi tükənmə və psixi sağlamlığını qorumaq zərurəti ilə əsaslandırıb.
Koutinyo sosial şəbəkə hesabındakı müraciətində komanda üçün hər zaman maksimum gücü ilə çalışdığını, lakin son vaxtlar məruz qaldığı tənqidlərin ona ağır təsir etdiyini bildirib: “Psixi sağlamlığımı ön plana çəkərək geri dönməməyə qərar verdim. Mənəvi cəhətdən çox yorulmuşam və indi bu fəsli bağlamaq vaxtıdır”.
Futbolçunun karyerasını davam etdirib-etdirməyəcəyi hələlik məlum deyil.