Kristian Karembeu: “Bakı-2015 idman üçün möhtəşəm fürsət olacaq”

Xəbər verdiyimiz kimi, bu gün Bakı-2015 birinci Avropa Oyunları zamanı keçiriləcək çimərlik futbolu yarışları üçün püşkatma keçirilib. Allsport.az xəbər verir ki, püşkatmada “Barselona” və “Real” (Madrid, İspania) klublarında oynamış və hazırda Azərbaycanın milli futbol komandasının baş məşqçisi olan Robert Prosineçki, eləcə də dünya (1998) və Avropa (2000) çempionatlarının qalibi olmuş, eyni zamanda “Real”da oynamış və hazırda FIFA Çimərlik futbolunun səfiri kimi fəaliyyət göstərən Kristian Karembeu iştirak ediblər.

Hər iki əfsanəvi futbolçu təsnifat mərhələsindən keçmiş ölkələrin milli komandalarının məşqçiləri, FIFA və Azərbaycan Çimərlik futbolu Federasiyasının nümayəndələri, Azərbaycanın yığma Çimərlik futbolu komandası və Bakı 2015 Avropa Oyunlarının işçi heyəti qarşısında püşk atıblar.

Cənab Karembeu söyləyib: “Bu yay Bakıda keçiriləcək Oyunlar zamanı Çimərlik futbolunun ən əyləncəli yarışlardan biri olmaq üçün bütün imkanları var. Azarkeşlər bu oyunu bəyənəcəklər. Bakı-2015 idman üçün möhtəşəm fürsət olacaq və ilk Avropa Oyunlarında təmsil olunmaq bizə Avropada və kənarda olan marağı və iştirakı artırmağa geniş şərait yaradacaq”.

Həmin kateqoriyadan