Kriştianunun boşanmada Corcinaya nə qədər ödəyəcəyi bəllidir. Ömrü boyu lüks yaşaya bilər

Bir müddət əvvəl internetdə Kriştianu Ronaldunun şəxsi həyatının maraqlı təfərrüatları ortaya çıxdı. “TV Guia” jurnalının məlumatına görə, portuqaliyalı ilə sevgilisi Corcina Rodriqes arasında müqavilə var və ona əsasən, münasibətlər pozulacağı təqdirdə, ulduz futbolçu qarşı tərəfə ayda 85 min funt sterlinq ödəyəcək. Əvvəllər bu məbləğin 100 min olduğu bildirilirdi.

Allsport.az saytı xəbər verir ki, bu anlaşma 2017-ci ilin noyabrında, cütlüyün Alana Martina adlı bir qızı olanda imzalanıb. Maraqlıdır ki, sənədin hazırlanmasında Ronaldunun agenti Xorxe Mendeş iştirak edib.

Bundan başqa, ayrılıq olacağı təqdirdə, Kriştianunun Madriddə malikanəsi Corcinanın mülkiyyətinə keçəcək.

Həmin kateqoriyadan