Kriştianunun həyat yoldaşı ədəb qanunlarını pozduğuna görə cərimə təhlükəsi ilə üzləşib

Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun həyat yoldaşı Corcina Rodriqes, Səudiyyə Ərəbistanının ədəb qanununu pozduğuna görə cərimələnə bilər. Allsport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanı – xüsusilə qadınlar üçün çox sərt qaydaları olan müsəlman ölkəsidir.

İspaniyalı model ictimai yerlərdə əba geyinib. Bu, həmin yurda xas olan və müsəlman dinində qadınlarla əlaqəli sadə və boş paltardır. Amma bəzən şəxsi üslubunu saxlamaq istəyi ilə uzun kəsikli və ya ayaqları görünən açıq paltar geyinir.

Həmin kateqoriyadan