- Baxış sayı: 8
- 25 Noyabr 2024 14:15
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Kiprin APOEL klubunun müdafiəçi Nikolas Yoannunun həyat yoldaşı və vəkili Kristina Efstatyu “Kerkida”ya müsahibə verib. Allsport.az xəbər verir ki, kiprli gözəl futbolçu ilə həyat yoldaşı olmağın çətinliyindən danışıb:
“Bir futbolçunun yanında yaşamaq olduqca çətindir. Ancaq qarşılıqlı anlayış və dəstəklə bunu asanlaşdırmaq olar. Pis amillərdən biri odur ki, nəsə planlaşdırmaq olmur. Çünki hamısı oyunların təqvimindən və nəticələrində asılıdır”.
Kristina APOEL-in Ağdam “Qarabağ”ı ilə keçirdiyi oyunları unutmadığını deyib:
“Stadiona gedəndə həmişə eyni hisslər yaşayıram. Ancaq ömrümün sonuna qədər xatırlayacağım qarşılaşma Bakıda reallaşdı. Həmin oyunu unutmayacağam. O, həmin oyunda qol vurdu və Avropa Liqasının qrupundan çıxmaqda APOEL-ə töhfə verdi. Əlbəttə, onun meydanda zədələndiyini görmək xoşagəlməz hadisədir”.
“Qarabağ” və APOEL bu mövsüm çempionlar liqasının III təsnifat mərhələsində və Avropa liqasının qrup mərhələsində qarşılaşıblar. Kipr klubu ÇL-də Azərbaycan təmsilçisini mübarizədən kənarlaşdırmışdı. Qrup mərhələsində isə Bakıda “Qarabağ”la heç-heçə edən APOEL, evdə qələbə qazanmışdı.