- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Xəbər verdiyimiz kimi, Kubanın sərbəst və yunan-Roma güləşi üzrə milli komandaları bir müddətdir ölkəmizdə təlim-məşq toplanışındadır. Allsport.az saytı xəbər verir ki, qonaqlar Göygöl Olimpiya İdman Kompleksində pəhləvanlarımızla birgə 15 günlük hazırlıq keçiblər.
Bu gün “Azadlıq adası”ndan gəlmişlər Qazaxda sərbəst güləş millimizin böyük məşqçisi Firdovsi Umudovun qonağı olublar. Dəvətlilər sırasında 2-qat olimpiya çempionu Mixail Lopez, dünya çempionu Aleksis Rodriges ve digərləri yer alıblar.
Kubalılar Azərbaycanın qonaqpərvərliyinə bir daha əmin olduqlarını deyiblər və gələcəkdə komandalarımızla birgə təlim-məşq toplanışını keçirməkdən yenə məmnun qalacaqlarını qeyd ediblər.