- Baxış sayı: 22
- 19 Mart 2026 17:28
- Baxış sayı: 249
- Mart 18, 2026
- 0

“Real Madrid”in qapıçısı Tibo Kurtuanın zədəsi klubda ciddi narahatlığa səbəb olub.
Allsport.az xəbər verir ki, belçikalı qolkiperin vəziyyəti əvvəlcə düşünüldüyündən daha ağır ola bilər.
Çempionlar liqasının 1/8 finalında “Mançester Siti” ilə oyunda (2:1) fasilədə əvəzlənən Kurtuanın əzələsində ciddi yırtıq şübhəsi yaranıb. İlk müayinələr zamanı yüngül gərginlik ehtimal edilsə də, son xəbərlər onun uzun müddət yaşıl meydanlardan uzaq qalacağını göstərir. Bu isə təcrübəli qapıçının gələn ay çempionlar liqasının 1/4 finalında “Bavariya”ya qarşı keçiriləcək oyunları qaçırması riskini artırır.
“Kral klubu” hazırda qapıçının sabah açıqlanacaq tibbi müayinə nəticələrini gözləyir. Onun həftəsonu la liqa çərçivəsində keçiriləcək “Atletiko Madrid” derbisində iştirak etməyəcəyi isə artıq dəqiqləşib.