- Baxış sayı: 141
- 26 Noyabr 2025 13:17
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Avqustun 31-də gənclər və idman nazirliyi, Azərbaycan üzgüçülük federasiyası və Bakı şəhər halqası əməliyyat şirkətinin birgə təşkilatçılığı ilə “Kürü keçək?!” açıq suda üzmə yarışı keçirilib.
Allsport.az xəbər verir ki, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə keçirilən kütləvi yarış Mingəçevirdə, Kür sahilində baş tutub. Yarışda ölkəmizin müxtəlif rayon və şəhərlərindən ümumilikdə 288 nəfər üzüb, onlardan 273-ü finişə çatıb.
Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan üzgüçülük federasiyasının prezidenti Zaur Əliyev də startdan finişədək üzüblər.
Bu açıq suda sayca 5-ci yarışdır. İlk dəfə Bakıda “Xəzər dalğası” adı ilə 2022-ci ildə keçirilib. Yarış “Kürü keçək?!” adı ilə 4-cü dəfədir Mingəçevirdə, Kür sahilində təşkil edilir.
Maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri aşağıdakı iştirakçılar olublar:
12-17 yaş (qızlar)
12-17 yaş (oğlanlar)
18-23 yaş (qızlar)
18-23 yaş (oğlanlar)
24-35 yaş (qızlar)
24-35 yaş (oğlanlar)
36-55 yaş (qadınlar)
36-55 yaş (kişilər)
56-70 yaş (qadınlar)
56-70 yaş (kişilər)
70 yaşdan yuxarı (qadınlar)
70 yaşdan yuxarı (kişilər)
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan üzgüçülük federasiyasının (ASF) prezidenti Zaur Əliyev, gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, ASF-nin vitse-prezidenti Xaliq İldırımzadə təqdim ediblər.