“Lada”da iki rəsmi ayrılıq

Kontinental xokkey liqasında (KXL) mübarizə aparan Tolyattinin “Lada” klubu iki hücumçusu ilə yolunu ayırıb.

Allsport.az xəbər verir ki, tərəflərin qarşılıqlı razılığı əsasında 35 yaşlı Georgi Belousov və 34 yaşlı Anton Burdasov ilə müqavilələrə xitam verilib.

Belousov cari mövsümdə komandanın heyətində keçirdiyi 20 matçda 6 (2 qol + 4 məhsuldar ötürmə), Burdasov isə 16 qarşılaşmada 5 (3 qol + 2 məhsuldar ötürmə) xal toplayıb.

Həmin kateqoriyadan