- Baxış sayı: 46
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İsveçrənin Sankt Moritz şəhərində keçirilən 38-ci qarüstü polo üzrə dünya kubokunda Azərbaycanı “Land of Fire” komandası təmsil edir. Allsport.az xəbər verir ki, 6 komandanın qatıldığı nüfuzlu turnir bu gün start götürəcək.
Yanvarın 26-da yarışqabağı ABŞ-ın “World Polo League” kollektivi ilə yoldaşlıq oyunu keçirən “Land of Fire” Dünya Kubokunda ilk mübarizəsində “Flexjet”lə üz-üzə gələcək.
Tədbir çərçivəsində Heydər Əliyev fondunun dəstəyi və Azərbaycan atçılıq federasiyasının təşkilatçılığı ilə ölkənin tarixi və mədəniyyəti təqdim olunur. Azərbaycan guşəsində milli mətbəxin nümunələri, mədəniyyəti və turizm potensialı qonaqlara, yarış iştirakçılarına nümayiş etdirilir.
Turnir yanvarın 29-dək davam edəcək.