- Baxış sayı: 30
- 19 Mart 2026 18:28
- Baxış sayı: 250
- Mart 18, 2026
- 0

“Qalatasaray”ın niderlandlı yarımmüdafiəçisi Noa Lanq çempionlar liqasının 1/8 final mərhələsində “Liverpul”a qarşı keçirilən cavab oyununda aldığı dəhşətli zədədən sonra uğurla əməliyyat olunub.
Allsport.az xəbər verir ki, 26 yaşlı futbolçu oyunun sonlarında top uğrunda mübarizə apararkən sağ əlinin baş barmağı stadiondakı metal çəpərlərin arasına sıxılmışdı.
Barmaq falanqasının qismən qopması ilə nəticələnən ağır zədədən sonra Lanq meydanı xərəkdə tərk edərək xəstəxanaya çatdırılmışdı.
Əməliyyatdan sonra sosial şəbəkə hesabında paylaşım edən Lanq vəziyyətinin yaxşı olduğunu bildirib: “Belə şeylər olur. Əməliyyat uğurla keçdi, bütün mesajlara görə təşəkkür edirəm”.