- Baxış sayı: 32
- 22 Aprel 2025 13:48

- Baxış sayı: 67
- Aprel 22, 2025
- 0
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Zirə”ni 2:0 hesabı ilə məğlub edən və iki görüşün yekununda 3:0 hesabı ilə qalib gələn “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, komandasından razı olduğunu bildirib: “Birinci oyun da göstərmişdi ki, ağır matç olacaq. Hər iki komanda yaxşı mübarizə apardı. Məşqlərdə də futbolçuları buna hazırlamışdıq. Komanda olaraq meydanda yaxşı işlər gördük. Layiqli qələbə qazandığımızı düşünürəm. Futbolçularımı təbrik edirəm. Heyətimizdə çoxsaylı zədəli futbolcular olsa da, yolumuza davam edirik. Artıq bu görüşü unutmalı, çempionat matçlarında köklənməliyik.
Cütün taleyini penaltilərin həll etməsini sırf təsadüf hesab edirəm. Penalti də oyunun tərkib hissəsidir. “Zirə”nin də real qol epizodları oldu.
Zədəli futbolçularımızla bağlı vəziyyət müxtəlifdir. Kimisi komanda ilə məşqlərə başlayıb, kimisi hələ müalicə prosesi keçir”.