- Baxış sayı: 37
- 31 Mart 2026 18:11
- Baxış sayı: 735
- Mart 30, 2026
- 0

NBA əfsanəsi Lebron Ceyms “Los-Anceles Leykers”in “Dallas Maveriks” üzərindəki qələbəsi (124:104) zamanı yeni bir rekorda imza atıb.
Allsport.az xəbər verir ki, 41 yaşlı basketbolçu matçı 28 xal, 10 ribaund və 12 məhsuldar ötürmə ilə tamamlayaraq NBA tarixinin tripl-dabl edən ən yaşlı oyunçusu olub. Bununla da o, Karl Melouna (40 yaş) məxsus olan rekordu yeniləyib.