Lerikdə birgə hazırlıq. TMT-nin gedişində Rafiq Hüseynov ustad dərsi keçib – FOTO

Yayın istisində vətəndaşlar bir güşədə istirahət etsə də, güləşçilər dayanmaq bilmirlər. Allsport.az saytının məlumatına görə, yeniyetmə bahadırlar ölkənin müxtəlif bölgələrində yunan-Roma üsulda təlim-məşqləri davam etdirirlər. Belə bir toplantı bu günlərdə cənubda baş tutub. Lerik, Zəngilan və Göyçay UGİM-lər bir araya gəliblər.

14-günlük hazırlıq ümumi-fiziki və taktiki-texniki olub. Çalışmaların gedişində olimpiya mükafatçısı, 2-qat dünya və 3-qat Avropa çempionu Rafiq Hüseynov idmançılara ustad dərsi keçib. TMT-nin maliyyə xərclərini Göyçay UGİM-in direktoru Namət Şirinov qarşılayıb.

Bu məktəb geniş məşqçi heyəti ilə təmsil olunub: Kamran Baxışov (əməkdar məşqçi, 2-ci dərəcəli beynəlxalq hakim), Xamraz SeyidovƏkbər Məmmədli (milli dərəcəli hakim) və Cəlal Miriyev. Ötən ay adı çəkilən rayonda yeni güləş zalı istifadəyə verilib. Ona da əsas himayədarlığı Namət Şirinov edib.

Zəngilan UGİM-ə baş məşqçi Tariş Əbilov nəzarət edir. Bu məktəbdə AGF-in xətti ilə məşqçi Vüqar Şükürov da işləyir. O, həmçinin 1-ci dərəcəli beynəlxalq hakimdir.

Kamran HACI

Həmin kateqoriyadan