- Baxış sayı: 47
- 06 Mart 2026 20:51
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

III MDB oyunlarında Azərbaycan milli antidopinq agentliyinin (AMADA) təmiz idman dəyərlərinin təbliği davam edir. Allsport.az saytı xəbər verir ki, növbəti maarifləndirmə proqramı Gəncə idman sarayında voleybol yarışında təşkil olunub.
Tədbir zamanı iştirakçılara təmiz və ədalətli idman prinsipləri, antidopinq qayda pozuntuları, rəqibə hörmət, idmançıların hüquq və öhdəlikləri barədə ətraflı məlumat verilib. Yarış iştirakçıları antidopinq mövzusunda keçirilən sorğuda da iştirak ediblər. Fərqlənən iştirakçılara hədiyyələr təqdim olunub.
Proqrama III MDB oyunlarının rəmzi “Leyla” da qoşularaq təmiz idman təbliğatına dəstək olub.