- Baxış sayı: 41
- 30 Yanvar 2026 20:14
- Baxış sayı: 111
- Yanvar 30, 2026
- 0

“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis “Abşeron Lions”u 117:96 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.
Allsport.az xəbər verir ki, o, bunu deyib:
“Hər oyuna qələbə üçün çıxırıq. “Abşeron Lions” ilə ötən oyundan müəyyən nəticələr çıxarmışdıq. Rəqib çox yaxşı komadadır. Rəqibin lideri Freyzeri neytrallaşdırmağı bacardıq. Müdafiədə oyunumuzdan razı qalmasam da, oyuna nəzarət bizdə idi. Başlanğıc bir qədər əsəbi alındı. Amma bu səviyyədə oyunlar üçün bunu normal hesab edirəm. Qələbəyə görə şadam. Bu gün güclü tərəf biz idik. Lakin bu oyunu unudub, növbəti görüşlərə hazırlaşmalıyıq. Qarşıda kubok oyunları da var. Liqada inkişaf hiss olunur. Komandalar heyətlərinə yaxşı legionçular cəlb ediblər. “Abşeron Lions” avrokuboklardan sonra daha fərqli oynayır. Düşünürəm ki, həm onlara, həm də bizə avrokubok təcrübəsi çox faydalı oldu”.