- Baxış sayı: 42
- 20 Yanvar 2026 12:55
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Vilnüsda avqustun 30-da 45 yaşında faciəvi şəkildə dünyasını dəyişən Litvanın məşhur xokkey komandasının oyunçusu Mindauqas Kierasla vida mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, faciə Kierasın ailəsi ilə birlikdə istirahət etdiyi Şventoji çayında baş verib. Mindauqas körpüdən suya tullanıb və ölümcül xəsarətlər alıb. Onun baş və boyun nahiyəsində kəsiklər aşkar edilib.
Litva prezidenti Gitanas Nauseda Kierasın vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib.
Kieras Litva milli xokkey komandası üçün keçirilən oyunların sayına görə (100) rekorda sahibdir. O, 20 il ardıcıl (1999–2018) dünya çempionatlarında iştirak edib.