“Liverpul” azarkeşlərindən bunu gözləmirmiş

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola premyer liqanın 13-cü turu çərçivəsində “Liverpul”a qarşı uduzduqları oyundan (0:2) açıqlama verib.

Allsport.az xəbər verir ki, ispan mütəxəssis mersisaydlı azarkeşlərin davranışlarından narazı qalıb:
“Hər stadionda məni istefaya səsləyirlər. Bu, “Brayton”la oyunda başladı! Əldə etdiyimiz nəticələri nəzərə alsaq, bəlkə də haqlıdırlar. “Enfild”də bunu gözləmirdim. Onlar bunu hesab 1:0 olanda yox, 2:0 olanda etməyə başladılar. Bəlkə də bunu əvvəlki mövsümlərdə oxumalı idilər. Liverpuldakı azarkeşlərdən bunu gözləmirdim, amma buna normal yanaşıram, bu oyunun bir hissəsidir və mən onları tamamilə başa düşürəm. Uzun illər onlarla inanılmaz qarşıdurmalarımız olub. Onlara hörmətim böyükdür”.

Həmin kateqoriyadan