FACİƏ
“Lokomotiv” İdman Sağlamlıq Mərkəzi qapadılıb

80 illik tarixi, 2 minə yaxın idmançısı olan “Lokomotiv” İdman Sağlamlıq Mərkəzi bağlanıb. Allsport.az saytı xəbər verir ki, bu barədə klubun sərbəst güləş üzrə baş məşqçisi Ramin Allahverdiyev deyib. Həm də olimpsport.az saytının təsisçisi və baş redaktoru olan həmkarımız “Lokomotiv” bağlanmamışdan əvvəl Almaniya və Türkiyədən beynəlxalq yarışlara dəvət aldıqlarını söyləyib.

“Lokomotiv” İSM-in bağlanması xəbərini dünən gənc mütəxəssis öz “Facebook” səhifəsində işarə edib. Mərkəzin sədri Elşən İsmayılov az.qaynarinfo.az-a açıqlamasında, bunu oktyabrda Nazirlər Kabinetinin bu qurumun Nizami, Nərimanov və Binəqədi rayonlarında yerləşən əmlakının özəlləşdirilməsinə dair Sərəncamının olması ilə əlaqələndirib. Buna qədər “Lokomotiv” klubu “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olub.

Həmin kateqoriyadan