Luçesku xəstəxanaya yerləşdirildi

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku təcili xəstəxanaya yerləşdirilib.

Allsport.az xəbər verir ki, 80 yaşlı mütəxəssisin vəziyyəti ağır soyuqdəymə fonunda yaranan ürək fəsadları səbəbindən pisləşib.

Hazırda həkim nəzarətində olan Luçesku gələn həftə evə buraxılacağına ümid etdiyini bildirib. Səhhəti ilə bağlı o, komandasının Antalyadakı toplanışına qatıla bilməyib.

Rumıniya yığması martda DÇ-2026-nın pley-off mərhələsində Türkiyə ilə qarşılaşacaq.

Həmin kateqoriyadan