- Baxış sayı: 43
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Aprelin 28-də Azərbaycan velosiped federasiyasının prezidenti Mədət Quliyev Avropa motosikletçilər ittifaqının keçmiş vitse-prezidenti Mişel Turk ilə görüşüb.
Allsport.az xəbər verir ki, Lüksemburqdan olan idman funksioneri Avropada motosiklet idmanının hazırki vəziyyəti və inkişafı haqqında məlumat verib.
M.Quliyev isə ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. O, bədən tərbiyəsi və idmanının inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
AVF prezidenti müasir müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan respublikasının, MOK-un prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı, infrastrukturun daha da yaxşılaşdırılması, yeni və müasir standartlara uyğun yolların inşası, həmçinin digər quruculuq işləri haqqında geniş məlumat verib.
O, gənclərin motosiklet idmanına böyük maraq göstərdiklərini, bu idman növünün Azərbaycanda populyar olduğunu bildirib.
M.Quliyev ölkəmizdə motosiklet idmanı üzrə yarışların keçirilməsi üçün inşa edilən yeni motokross treki, motoidmanın inkişafı istiqamətində aparılan digər işlər haqqında danışıb.
Görüş zamanı birgə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.