“Məhsul”un həndbolçusu: Qalib gəlsək də, “Bakı” bizə ciddi müqavimət göstərdi

Həftəsonu “AHF arena”da kişi həndbolçuların yüksək dəstəsində 14-cü və 16-cı turların oyunları qızıl medallara iddialı “Məhsul” son ölkə çempionu “Bakı”ya hər 2 oyunda qalib gəlib – 34:26, 30:26. Komandanın xətlərarası oyunçusu Hüseyn Aydəmirov allsport.az saytına sevincini bölüşüb:

“Rəqib yaxşı komandadır, əsasən gənclərdən təşkil olunub. Bizə ciddi müqavimət göstərdilər. İlk oyunda elə çətinlik çəkmədik. Amma növbəti görüş ağır keçdi. İlk hissə hətta 15:15 heç-heçə bitdi. 2-ci yarıda toparlandıq və sonda qalib gəldik.

Bundan öncə çempionluğa iddialı digər klub – “Dinamo” ilə oyunlarda çox güc itirdik. Bu üzdən “Bakı” ilə qarşılaşma çətin keçdi. Heyətdə zədəlilər də var. Qızıl medal uğrunda mübarizəni sonadək davam etdirəcəyik.”

Həmin kateqoriyadan