- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
5 Mart – Bədən tərbiyəsi və idman günü ilə əlaqədar idman həftəsi çərçivəsində Səbail rayon 239 nömrəli tam orta məktəbdə avarçəkmə idman növü üzrə ustad dərsləri təşkil olunub.
Allsport.az saytı xəbər verir ki, akademik avarçəkmə üzrə məşqçi Samir Məmmədov şagirdlərə seminar keçib. Proses zamanı avarçəkmə idman növünün tarixi və Azərbaycanda inkişaf etdirilən növləri haqqında məlumat verilib.
Bakı şəhər gənclər və idman baş idarəsinin təşəbbüsü əsasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının dəstəyi ilə keçirilən seminarın təşkilində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.