“Mənə beynəlxalq arenada ölkəni təmsil etmək imkanı verdiyi Azərbaycana təşəkkürümü bildirirəm”

Serbiyanın Novı Sad şəhərində U-20 Avropa çempionatında Xetaq Karsanov (97 kq) baş mükafata yiyələnib. Allsport.az saytı xəbər verir ki, o, qarşılanma mərasimində sevincini KİV ilə bölüşüb:

“Mənə beynəlxalq arenada ölkəni təmsil etmək imkanı verdiyi Azərbaycana təşəkkürümü bildirirəm. Etimadı doğrultdum. Milli komandanın məşqçilərinə xüsusən minnətdaram. Həkim və masajçımıza da “çox sağ ol” deyim. Gərgin mübarizə şəraitində keçən finalda qalib gəldim”.

Həmin kateqoriyadan