“Mənə keçmiş həyatımı xatırladan hər şeyi məhv etdim”

“Zenit”in baş məşqçisi Sergey Semakın həyat yoldaşı Anna Semak 2022-ci ilin fevralında həyatını kökündən dəyişmək qərarına gəldiyini etiraf edib. Allsport.az saytı xəbər verir ki, məhz bu tarixdən o, İnstaqramını yeniləməyi dayandırıb.

“2,5 il olduğum yerdəyəm. Həmin axşam hamı sabah nə olacağını anlamadan hər ehtimala qarşı İnstagramla vidalaşanda, mən sosial şəbəkə ilə gerçəkdən vidalaşdım. Sinir sistemim pozulub.

Mən “Ayfon”u mənasız Çin kərpicinə dəyişdim, messencerlərdən, köhnə telefon nömrəmdən qurtuldum və bütün şəkillərimi sildim. Mənə keçmiş həyatımı xatırladan hər şeyi məhv etdim”.

Həmin kateqoriyadan