- Baxış sayı: 14
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 19
- Dekabr 05, 2025
- 0

Fransa PSJ-si keçmiş yarımmüdafiəçisi Hatem Ben Arfaya 100 min avrodan çox təzminat ödəməlidir. Bu qərarı Fransa apellyasiya məhkəməsi verib.
Allsport.az xəbər verir ki, məhkəmə PSJ-ni komandanın keçmiş futbolçusuna mənəvi təzyiq göstərməkdə təqsirli bilib. Həmçinin məhkəmə PSJ-nin Ben Arfaya maaş ödəməli olduğunu təstiqləyib. Klub yarımmüdafiəçiyə 100 min avrodan bir qədər çox pul ödəməli olacaq. Ben Arfa özü məhkəmə vasitəsilə PSJ-dən ona 7 milyon avrodan çox pul ödəməsini tələb etsə də, məhkəmə futbolçu ilə razılaşmayıb.
Qeyd edək ki, PSJ-də olduğu müddətdə Ben Arfa klubda cəmi 32 oyun keçirib. Bu matçlarda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.