- Baxış sayı: 42
- 10 Mart 2026 12:14
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

“Astraxanoçka” klubunun 29 yaşlı rusiyalı həndbolçusu Viktoriya Divakın ölümünün təfərrüatları məlum olub.
Allsport.az xəbər verir ki, Divak 8-ci mərtəbənin pəncərəsindən yox, eyvandan yıxılıb. Məhz eyvanda mobil telefon və bir qədəh şərab tapılıb.
Bundan əvvəl KİV-də məlumat yayılıb ki, istintaq Viktoriyanın ölümünün 2 versiyasını var. Bu versiyalar qəza və intihardır.
Cinayət versiyası mümkün deyil, çünki idmançı evdə tək idi və mənzilin qapısı bağlı idi.