- Baxış sayı: 22
- 30 Mart 2025 11:57
- Baxış sayı: 54
- Mart 24, 2025
- 0
“Real Madrid”in yarımmüdafiəçisi Arda Gülər açıqlama verib.
Allsport.az xəbər verir ki, türkiyəli futbolçu Madrid klubunun start heyətində yer almaq üçün mübarizəni davam etdirmək niyyətində olduğunu bildirib.
“Real Madrid” mənə bir planını təqdim edib və mən hələ də buna inanıram. Əminəm ki, burada uğur qazanacağam. Hətta Madriddə özümə ev də almışam. Macarıstanla oyunda (3:0) gördüyünüz kimi, çox işləyirəm və oynamağa həmişə hazıram.
“Real Madrid” azarkeşlərini sevirəm. Onların dəstəyi mənim üçün çox şey deməkdir. Kluba oynamaq və komandanın vacib bir hissəsi olmaq üçün qoşulmuşam. Məqsədimə çatana qədər mübarizəmi dayandırmayacağam”, – deyə Gülər bildirib.
Arda Gülər cari mövüm ərzində meydana çıxdığı 30 oyunda 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub.