“Məqsədim olimpiadada iştirak etməkdir”

“Pittsburq”un müdafiəçisi Erik Karlsson 2026-cı il qış olimpiya oyunlarında İsveç yığmasının heyətində oynamağa ümid edir.

Allsport.az xəbər verir ki, o, bu barədə açıqlama verib:

“Məqsədim olimpiadada iştirak etməkdir. Hələ özümü sübut etməliyəm və hələ də çox yüksək səviyyədə oynaya biləcəyimi göstərməliyəm. Düşünürəm ki, indiyə qədər bunu bacarmışam, amma indi bunu davam etdirməliyəm. Bu, əlbəttə ki, mənim üçün böyük stimuldur. Buraya gəlmək və hələ də bu liqada ən yaxşı oyunçu ola biləcəyimi göstərmək fürsəti kimi.

35 yaşlı Karlsson İsveç komandasının siyahısına daxil edilən ilk altı oyunçu arasında deyildi. İyunun 16-da hücumçular Adrian Kempe, Qabriel Landeskog, Lukas Reymond və Uilyam Naylander, eləcə də müdafiəçilər Viktor Hedman və Rasmus Dalinin İsveç millisində 2026-cı il olimpiadasında oynayacaqları açıqlandı.

Həmin kateqoriyadan