“Məqsədimizdə dəyişiklik yoxdur”

FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan – Rusiya-2 oyunundan sonra milli komandamızın baş məşqçisi Nikolay Adam fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, komandamızın almaniyalı çalışdırıcısı 4:2 hesabıyla başa çatan qarşılaşmadan sonra bunları söyləyib:

“Komandamın oyunundan razıyam. Dünən çətin oyun keçirmişdik. Bu gün futbolçularımızın yorğun ola biləcəyini düşündüyümüz üçün qarşılaşmadan əvvəl bir qədər narahat idik. Amma yorğunluğa baxmayaraq, bu gün yaxşı oyun göstərdik. Ardıcıl ikinci qələbəmizi qazandıq. Bu, 4 illik işimizin bəhrəsidir. Rəqib də yaxşı təsir bağışladı. Məqsədimizdə dəyişiklik yoxdur. Hər dəfə növbəti oyun haqda düşünürük”.

Həmin kateqoriyadan