“Mərhələni daha yuxarı pillələrdə bitirmək üçün…”

“Qarabağ” sabah Avropa liqasının əsas mərhələsinin VIII turunda Yunanıstanda “Olimpiakos” klubu ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, “köhlən atlar”ın yarımmüdafiəçisi Julio Romaonu mətbuat konfransında fikrini açıqlayıb:

“Sabah müəyyən detallar oyunun taleyini həll edəcək. Turnir cədvəli baxımından “Olimpiakos” daha yaxşı vəziyyətdədir. Rəqibimiz növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparır. Biz isə aşağı sıralarda qərarlaşmağımıza baxmayaraq, mərhələni daha yuxarı pillələrdə bitirmək üçün sabah uğurlu nəticə qazanmağa çalışacağıq.

Bizim üçün hər bir oyun önəmlidir. Bütün matçlara müsbət nəticə əldə etmək üçün çıxırıq. Sabah da turniri qalibiyyətlə bitirməkdən ötrü əlimizdən gələni edəcəyik”.

Pireydə qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Həmin kateqoriyadan

azenrutr