“Mərhələni keçməli idik və bunu bacardıq”

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen çempionlar liqasının pley-off mərhələsində “Yuventus”a qarşı keçirdikləri cavab oyunundan sonra fikrini bölüşüb.

Allsport.az xəbər verir ki, nigeriyalı futbolçu Turindəki çətin atmosferə rəğmən azarkeşləri məyus etməməyə çalışdıqlarını bildirib: “'”Yuve” azarkeşlərinin işimizi kabusa çevirəcəyini bilirdim. Lakin mərhələni keçməli idik və bunu bacardıq”.

İlk matçda 5:2 hesablı qələbə qazanmış “Qalatasaray” 1/8 finala yüksəlib. İstanbul təmsilçisinin növbəti rəqibi fevralın 27-də keçiriləcək püşkatmada bəlli olacaq.

Həmin kateqoriyadan