- Baxış sayı: 73
- 09 Dekabr 2025 11:52
- Baxış sayı: 84
- Dekabr 15, 2025
- 0

Fiqurlu konkisürmə üzrə 2-qat dünya çempionu Sema Uno (Yaponiya) karyerasını başa vurduğunu açıqlayıb.
Allsport.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib:
“Hamıya salam. Bu dəfə karyeramı bitirmək qərarına gəldim. Bu günə kimi mənə dəstək olan hər kəsə təşəkkür edirəm.
Mən fiqurlu konkisürməyə 5 yaşında başladım və 21 ildən sonra da davam edirəm. Bu, böyük rəqabətli həyat idi.
Mayın 14-də mən getməyimlə bağlı mətbuat konfransı keçirəcəm və gələcək fəaliyyətlərim barədə danışacam. Mənimlə söhbət edə biləcəksiniz. Konfrans canlı yayımlanacaq”.