- Baxış sayı: 136
- 26 Mart 2026 23:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Everton”un futbolçusu Eşli Yanq oğluna qarşı oynaya bilər.
Allsport.az xəbər verir ki, İngiltərə millisinin sabiq müdafiəçisinin çıxış etdiyi komanda yanvarın 11-də İngiltərə kubokunun III turunda “Piterbro Yunayted” ilə üz-üzə gələcək.
Belə ki, Yanqın 18 yaşlı oğlu Tayler Yanq Piterbro təmsilçisinin şərəfini qoruyur.
39 yaşlı futbolçu “X” sosial şəbəkəsində “Arzular gerçəkləşir” yazıb.