Məşhur idmançı vitse-prezident olmaq istəyir – FOTO

Rusiyalı sinxron üzgüçü, 2019-cu il dünya çempionatının qalibi Mayya Doroşko üç illik fasilədən sonra beynəlxalq yarışlara qayıdaraq Sinqapurdakı dünya çempionatında Tatyana Qayday ilə duetdə iki bürünc medal qazanıb.

Allsport.az xəbər verir ki, Doroşko gərgin hazırlıqdan sonra əldə edilən nəticədən məyus olduğunu, lakin işinə vicdanla yanaşdığını bildirib.

O, texniki proqramda uzun elementlər zamanı güclü hipoksiya yaşadığını və bunun qorxu hissi yaratdığını açıqlayıb. İdmançı uzun fasilə səbəbindən hələ də yeni qaydalara və hakimliyin tələblərinə uyğunlaşmağa çalışdıqlarını qeyd edib.

26 yaşlı Doroşko karyerasını davam etdirmək qərarına gəlib. O, 3-cü yerlə kifayətlənməyəcəyini və daha yaxşı nəticə əldə etməyi hədəflədiyini vurğulayıb. Mayya gələcəkdə özünü məşqçi yox, sinxron üzgüçülük üzrə vitse-prezident kimi rəhbər vəzifələrdə gördüyünü də əlavə edib.

Həmin kateqoriyadan