- Baxış sayı: 15
- 16 Yanvar 2026 17:06
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Azərbaycan həndbol federasiyasının (AHF) qərargahında məşqçilər şurasının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda AHF-nin vitse-prezidenti Orxan Abbasov, idman şöbəsinin əməkdaşları və komandaların baş məşqçiləri iştirak ediblər.
Görüş zamanı ötən mövsüm ərzində məşqçilərin fəaliyyəti, mövcud vəziyyət və qarşıda duran vəzifələr haqqında danışılıb. Sonra 32-ci Azərbaycan çempionatının reqlamenti, keçirilmə sistemi və oyun cədvəli barədə ətraflı məlumat verilib.
Müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul olunub.