- Baxış sayı: 38
- 05 Dekabr 2025 22:10
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

28 fevralda Azərbaycan idman akademiyasında karyera inkişaf şöbəsinin təşkilatçılığı ilə “Məzunla görüş” layihəsi çərçivəsində spiker “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə SABAH qruplarının məzunu Sevinc Cəbizadə olub.
Allsport.az saytı xəbər verir ki, tədbirin əsas mövzusu “Yerli və beynəlxalq layihələrin karyeramızda rolu” idi. Sevinc Cəbizadə layihələrdə iştirakın karyera inkişafına təsiri, bu prosesin qazandırdığı bilik və bacarıqlar, eləcə də onların iş həyatında tətbiqi barədə dəyərli təcrübələrini bölüşüb.
Tələbələr məzunumuza suallar ünvanlayaraq mövzu ətrafında geniş müzakirələr apardılar. Görüş tələbələr üçün motivasiya mənbəyi olmaqla yanaşı, onların gələcəkdə iştirak edə biləcəyi layihələr haqqında praktiki məlumat almalarına da imkan yaratıb.