Mahir Əmiraslanov: Əli Əliyev yarışında qələbə mühüm idi, gələcək mötəbər yarışlara yol açacaq

«Bakı-2017 İslam oyunlarında qalib gəldim. Bu böyük qələbə idi, amma boşalmaq olmazdı. İyulda paytaxtda keçirilməsi planlaşdırılan «Qızıl qran-pri» payıza təxirə salındığından, dünya çempionatı öncəsi Əli Əliyev turniri lap yerinə düşdü».

Bunu allsport.az saytına açıqlamasında Mahir Əmiraslanov (57 kq) dedi. Dağıstanın Kaspiysk şəhərində 5-qat dünya çempionunun xatirə yarışında qızıl medal qazanan 20 yaşlı sərbəst güləşçi, bütün gücümü bura yönəltdiyini bildirdi:

«Öz çəkimdə gərgin rəqabət var. Bu üzdən, sərv etmək olmazdı 2-ci görüşdə komanda yoldaşım Georgi Edişeraşviliyə qalib gəldim. O, son Avropa çempionudur. Uğur zolağına düşdünsə, gərək ardını gətirməkdə istəkli olasan. Şəxsim məşqçi Əsgərxan Novruzov sağ olsun, mənə dəstək vermək üçün bura gəlmişdi.

Milli komandanın baş məşqçisi Firdovsi Umudov, eləcə də məşqçi Arif Abdullayev daim məni qələbəyə kökləyirlər. Bu cür yüksək ovqatda davam edəcəyəm. Məşqçilər heyəti yenə etimad göstərsə, inşallah, dünya çempionatında da öz sözümü deməyə çalışacağam».

K.HACI

Həmin kateqoriyadan